• 22 Noyabr 2024 23:27

Milyonlarla insan səhv bilirmiş!  – Xiyarı soyuducuya qoyanlar, diqqət!

Bazardan xiyar alarkən və evə gətirərkən bəzi məqamlara ciddi fikir verməliyik. 

milyonlarla-insan-sehv-bilirmis

 

Xiyarı evdə təravətini itirmədən saxlamaq bir az çətindir. Amma yolu sadədir. 

Tacxeber.com olaraq xiyarı düzgün saxlamaq qaydasından yazacayıq.

Yaz-yay mövsümünün ən faydalı tərəvəzlərindən olan xiyar tərkibində 96 faiz su ehtiva edir.

Aşağı kalorilidir, sağlam və ləzzətli qidadır. Ancaq sulu  tərəvəz olmasına baxmayaraq saxlama şərtlərinə diqqət yetirilmədikdə tez yumşalıb xarab olur.

 Xiyarın əkinçilik tarixi 4 min ildən artıqdır. Qədim Yunan, Roma, Hindistan və Çin kimi antik mədəniyyəti olan ölkələrdə  ən çox istehlak edilən qidalardan olub. 40-a yaxın xəstəliyin müalicəsi üçün istifadə edilib. İndiki vaxtda xiyarı  dərman kimi istifadə etməsək də salatdan turşuya qədər bir çox reseptə əlavə edirik.

Xiyar  K vitamini, C vitamini, fol və kafein turşusu, manqan və beta-karoten kimi çox sayda qida elementləri  ehtiva edər.

Xiyar tez xarab olan tərəvəzlər siyahısındadır. Qabığı yumşaldıqda xarab olmağa başlayır və dadı dəyişir.

Bazar və marketlərdən xiyar alarkən bir neçə şeyə diqqət etmək lazımdır. 

Xiyarların rəngi ola bildikcə saf yaşıl rəngdə olmalıdır. Saralmış və ya rəngi çox tündləşmiş xiyarları seçmirik. Səthi qırışmış, çuxurlaşmış  və ya büzülmüş olmamalıdır.

Xiyarların çox böyük olması onun qartımış olduğunu göstərir.

Ən idealı kiçik və ya orta ölçüdə olanlardır. Əsas sərt olanları seçmək lazımdır.

Xiyar yaz-yay tərəvəzi olmağına baxmayaraq sərini sevən bitkidir. Soyuducunun tərəvəzlik hissəsində 2  həftəyə qədər xarab olmadan saxlanıla bilər. Ən yaxşısı 1 həftə ərzində istehlak edib bitirməkdir.

Əgər xiyarı az müddətdə istehlak üçün almısınızsa soyuducuya qoymaq məsləhət deyil. Normal otaq temperaturunda  1 həftəyədək xarab olmadan qala bilir.

Xiyarları təzə saxlamaq qaydasından biri də streçə bükməkdir. Belə halda xarab olma müddəti azalır. Bunun səbəbi streçin  hava keçirməyən ikinci bir lay yaradaraq tərəvəzdəki nəm itkisini önləməsidir.

Xiyarları yuduqdan sonra nəmi tamamilə gedəcək şəkildə qurulayın və streçə bükün. Daha sonra hava keçirtməyən qapalı bir qaba qoyaraq soyuducuya qoyun. Bu şəkildə mühafizə edilən xiyarlar 20 günə qədər təzəliyini qoruya bilər.

Unutmayın, meyvə və tərəvəzlərdən mövsümündə bol-bol istifadə etməklə sağlamlığınıza fayda verəcəksiz.

Tacxeber.com

Oxşar xəbərlər