Meyvə və tərəvəzləri uzun müddət təzə saxlamaq asan məsələ deyil. Heç fikir vermisiz, meyvə və tərəvəzlər bizə gələnədək təzə qalır, evimizdə isə bəzən iki gün içində xarab olur və ya qaralır.
Ən tez qaralan meyvələrdən biri də banandır. Uşaqların daha çox sevdiyi bu meyvə evə gələr-gəlməz qaralmağa başlayır. Səbəbi nə ola bilər?
Tacxeber.com xəbər verir ki, bir çox meyvənin tündləşməsinin əsas səbəbi tərkibində olan fenol adlı birləşmədir. Bu maddə ilə meyvənin və ya tərəvəzin fermentlərində dəyişiklik yaranır. Tək səbəbi bu deyil. Banan uzaq ölkələrdən ölkəmizə gələrkən də bu fermentlərdə dəyişiklik ola bilər, ancaq olmur, çünki bananın səfər müddəti düşündüyümüz kimi deyil.
Bananın səfəri
Daha çox Ekvadordan ölkəmizə gələn banan, bilinənin əksinə 1 həftəyə deyil, ən azı 20-25 günə ölkəmizə gəlib çatır. Bu müddətdə qaralmamasının səbəbi yetkinləşdikdən sonra yox, kal ikən, yəni daha yamyaşıl olarkən budağından qoparılmasıdır. Bu üsul ümumiyyətlə uzaq yerlərə ixrac edilən meyvələr üçün tətbiq edilməkdədir. Bir başqa faktor isə bananın gəmidə olarkən günəş işığı görməməsidir. Ölkəmizə gəldikdən sonra göndərildiyi market və bazarlarda günəş işığına məruz qalan bananda gün keçdikcə qaralma baş verir.
Bananın qaralmasının qarşısını necə almaq olar?
Bananın tez xallanmasını önləmək üçün soyuducuya qoymayın.
Aldığınız bananları günəş işığından qoruyun.
Uzun müddət saxlamadan istehlak edin.
Saplarını streçlə və ya kulokla sarıyın. Bu üsulla hava almasının qarşısını almış olassız.