• 23 Noyabr 2024 18:53

Şoyqu: Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır

 

Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Ancaq Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – Şoyqu qeyd edib./APA

Tacxeber.com

Oxşar xəbərlər