Azərbaycan Premyer Liqasının 36-cı turunda öz meydanında “Şamaxı”ya qalib gələrək (1:0) elitada mövqeyini qoruyan “Səbail” böyük məbləğdə mükafatlandırılacaq.
Tacxeber.com xəbər verir ki, klub rəhbərliyi komandanın hər bir futbolçusuna 7 min manat mükafat verəcək.
Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib. O bildirib ki, əvvəlcədən 5 min manat mükafat qoyulub. Ancaq matçdan sonra xahiş edib ki, məbləğ artırılsın. Bundan sonra mükafat 7 min manata yüksəldilib.
Ş.Diniyev sözügedən matçdan sonra mətbuat konfransında deyib: “Dedilər, nə qədər istəyirsiz, olsun. Futbolçular buna layiqdirlər”.