• 21 Sentyabr 2024 00:31

Bu gün Türkiyə yeni prezidentini seçir 

Bu gün Türkiyə yeni prezidentini seçir 

Bu gün Türkiyənin siyasi tarixinin ən mühüm hadisələrindən biri baş verir. Türk xalqı növbəti 5 il üçün özünün prezidentini seçir. 

Tacxeber.com xəbər verir ki, prezidentlik uğrunda iki namizəd mübarizə aparır. Bunlar hazırkı dövlət başçısı Rəcəb Teyyub Ərdoğan və müxalifət lideri, CHP sədri Kamal Kılıçdaroğludur.

Ölkədə azad və ədalətli seçki mühiti tam bərqərar olunub. Hər iki namizədə bərabər şərait yaradılıb.

Seçki prosesini müxtəlif beynəlxalq təşkilatların 1000-dən çox müşahidəçisi izləyir.

Səsvermə prosesi Türkiyə saatı ilə 17:00-da başa çatacaq.

Xatırladaq ki, prezident seçkilərinin birinci turunda prezident R.T.Ərdoğan seçicilərin 49,52%-ni toplamışdısa, onun əsas rəqibi K.Kılıçdaroğlu 44,88% səslə ikinci olmuşdu. “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan isə elektoratların 5,17% səsinə yiyələnmişdi.

Namizədlikdən çəkilən “Memleket” Partiyasının sədri Muharrem İnce isə 0,43% səslə sonuncu olmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər