• 22 Noyabr 2024 11:48

“Beşiktaş”ın sabiq futbolçusu həbs olundu

 

Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Duqlas Pereyra Dos Santos ölkəsi Braziliyada həbs olunub.

“Report” “Globo Esporte”yə istinadən xəbər verir ki, buna səbəb onun avtomobil parkında havaya atəş açması olub.

32 yaşlı braziliyalı silahdan qanunsuz istifadə etdiyi üçün cəzalandırılıb. 33 yaşlı müdafiəçinin qayıqla gəzintidən sonra atəş açdığı silah anasının adınadır. Futbolçu silahı meşədə gizlətdiyini etiraf edib.

Qeyd edək ki, Duqlas son klubu olan “Beşiktaş”ı 2022-ci ilin yayında tərk edib. Braziliyalı 2014-2019-cu illərdə İspaniya təmsilçisi “Barselona”da çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər