• 22 Noyabr 2024 18:53

Bu qidaları ağzınıza vurmayın! – Orqanları çürüdür

Sevilərək yeyilən də məhz zərərli qidalardır…

bu-qidalari-agziniza-vurmayin

 

İstehlak edilən qidalar başqa ürək olmaqla bütün orqanlarımıza böyük təsir edir. Sevdiyimiz bəzi qidalar isə orqanlarımıza zərər verir.

Şərtlərin ağırlaşdığı, stresli bir dövrdə yaşadığımız üçün gündəlik sağlam və faydalı yeməyə üstünlük verməliyik. Lakin nədənsə zərərli qida və içkilər daha çox sevilir. Bəzən bu qidaların zərərini azaltmaq üçün diyetik olanlarına üstünlük veririk. Lakin kimsə həmin qidaların arxasında dayanan mənfi təsirlərdən xəbərdar deyil.

1 – Diyet tərkibli qazlı içkilər

Bu içkilər tərkibindəki süni dadlandırıcılara görə böyük risk daşıyır. Əslində, dietoloqlar bu dadlandırıcıların şəkərdən daha zərərli ola biləcəyini iddia edirlər.

2 – Səhər yeməyi üçün kukuruzlar

Bu kukuruzlar ağ unla hazırlandıqda daha zərərli olur. Diyetoloqlar bildirirlər ki, bu növ qidalar rafinə və karbohidratlarla zəngin olduğu üçün sizi tox tutmaq əvəzinə qan şəkərində yüksəlməyə və düşməyə səbəb ola bilər.

3 – Salami

Bir çox insanın səhər yeməyində olmazsa olmazı olan salaminin hipertoniya və ürək xəstəlikləri də daxil olmaqla bir çox xəstəliyə yol açdığı düşünülür. Bundan əlavə, doymuş yağın yüksək tərkibi sağlamlığa əhəmiyyətli dərəcədə zərər verir.

4 – Hazır vermeşil supları

Ən təhlükəli qidalar arasındadır. Belə qidaların sürətli hazırlanması və yeyilməsi üçün istifadə olunan kimyəvi maddələr çox təhlükəlidir və onların qida dəyərini öldürür. Bundan başqa, tərkibindəki maddə sayəsində asılılıq yaradır, aclığı artırır.

5 – Enerji içkiləri

Enerji içkiləri süni dadlandırıcılar və şəkərlə zəngin içkilərdir. Tərkibindəki yüksək miqdarda şəkər bədəndə iltihaba səbəb ola bilər. Xüsusilə ətirli enerji içkilərinin istehsalında istifadə edilən kimyəvi maddələrin təhlükəli ola biləcəyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər