• 22 Noyabr 2024 22:59

Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ

 

Alimlər sübut ediblər ki, portağal suyu içmək işemik insult riskini kişilərdə 22 faiz, qadınlarda isə 19 faiz azaldır.

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, bu sözləri dietoloq Lauren Manaker deyib.

Bundan əlavə, portağal suyu içmək böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. “American Society of Nefrology Clinical Journal”da dərc edilən araşdırma bunu təsdiqləyib.

Təbii portağal suyu orqanizmdə iltihabı azaldır. Tədqiqat, 12 həftə ərzində 500 ml portağal suyu qəbul edən ürək-damar riski yüksək olan obez olmayan yeniyetmələrdə daha az iltihab olduğunu müəyyən edib.

Bəzi araşdırmalar göstərib ki, müntəzəm olaraq portağal suyu içən insanların piylənmə ehtimalı daha azdır. “Əsas odur ki, içkiyə şəkər qatmayın”, həkimlər deyir.

Tədqiqatlara əsasən, üç həftə ərzində bir stəkan konsentratsız portağal suyu istehlak edən insanlarda “pis” xolesterin azalıb.

Tacxeber.com

Oxşar xəbərlər