Rusiyalı polkovnik öldürüldü: 2016-dan bəri ilk hadisə – FOTO
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin polkovniki Oleq Peçevisti Suriyada öldürülüb.
Tacxeber.com xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecə ölkənin şimal-qərbində, Latakiya əyalətində hökumət qoşunlarına qarşı döyüşən silahlı qüvvələrin artilleriya atəşi nəticəsində baş verib.
Başqa bir versiyaya görə, Peçevisti diversiya qruplarının hücumu zamanı öldürülüb.
Bu, Rusiyanın Suriyadakı hərbi kontingentinin 2016-cı ildən bəri həlak olan ən yüksəkrütbəli zabitidir.