• 23 Noyabr 2024 05:53

“Camaatı din adı altında rahatlıqla aldatmaq olar, Allahdan küsəcəklər„

“Mənə nə çox “filan yuxu görmüşəm, nə deməkdir”, yaxud “Quranda taleyimə baxa bilərsiz?” tipli sual verirlər. Keçən dəfə bir nəfər israrla “Əmi, bir nəfər deyir ki, Quranla taleyə baxmaq olar, düz deyir?” dedi. Nə qədər başa salıram, “əmi, tez yazın da, olmaz? İnanım sizə, inanım?” deyirdi. Mən ona seçim verirəm, deyirəm ki, inandığını et, ürəyində nəsə qalıbsa, get başqasından soruş. Qane olmur. Sanki seçim istəmir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri ilahiyyatçı-bloger Fərid Abdullah bildirib.

“İstəyirlər ki deyim: Mənim balam, gəl falına baxım, bax çox sıxıntıdasan, kimsə səni başa düşmür, filan ağacın altında qurd yağına bulaşmış, şəklini dəfn ediblər. O zaman hə, etimadlı olaram. Görəndə ki, quru cavab verilir, “hmm”, “ok”, “Söyün əmi belə demir axı”, deyirlər.

Baxırsan ki, bu həssas camaatı din adı altında nə rahat aldatmaq olar. Hacət, bəxt, cadu və sair adlarla…” – o söyləyib.

Teoloq qeyd edib ki, Quranın tale öyrənmə kitabı deyil, tale dəyişdirən kitab olduğunu deməkdən yorulub.

“Təqvalılara yol göstərəndir. Peyğəmbər və Əhli-beyti hacət əldə etmə vasitəsi deyillər, həyatı göstərən ilahi bələdçilərdir. Amma o qədər beyinə yeridilib ki, təsir etmək olmur.

Mənə qalan hər gün: Mən yuxu yoza bilmirəm, Quranda taleyə baxa bilmirəm, cadu təmizləyə bilmirəm – deməkdir. Ürəyim yanır. Çünki məndən sonra gedib başqa birini tapacaqlar. Sonra işləri alınmayanda həmin adamlardan yox, Allahdan küsəcəklər”, – bloger deyib.

Tacxeber.com

Oxşar xəbərlər