• 22 Noyabr 2024 08:49

Zelenski bu ölkənin lideri ilə görüşmədi – QALMAQAL – VİDEO

 

Kişinyovda keçirilən sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya Federasiyası ilə həmsərhəd olan və onun təcavüzündən əziyyət çəkən Avropa ölkələri NATO və Aİ-yə qəbul edilməlidir.

Tacxeber.com-ın xəbərinə görə, o qeyd edib ki, Gürcüstan və Belarus müxtəlif yollarla “qanunsuzluğa sürüklənir”.

Gürcüstanın hakim partiyasının nümayəndələri Volodimir Zelenskinin çıxışını tənqid edərək, onun ölkəyə münasibətini qərəzli adlandırıblar.

Parlamentin vitse-spikeri Arçil Talakvadze bildirib ki, Ukrayna liderinin Gürcüstana münasibəti “alçaldıcı və tamamilə ədalətsizdir”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib ki, Zelenskinin çıxışı dağıdıcı müxalifətin bəyanatları ilə üst-üstə düşür.

Dünən Gürcüstan mətbuatında Kişinyovda keçirilən sammitdən video yayılıb, həmin videoda Qaribaşvili və Zelenskinin yaxınlıqda olduqları halda bir-birləri ilə salamlaşmayıblar. Bunun Zelenskinin çıxışından sonra baş verdiyi ehtimal edilir.

Tacxeber.com

Oxşar xəbərlər