• 23 Noyabr 2024 01:20

İbrahim Kalının MİT rəhbəri vəzifəsinə təyin olunacağı iddia olunur

 

Türkiyənin prezident sözçüsü İbrahim Kalının Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin olunacağı iddia olunur.

Tacxeber.com xəbər verir ki, Hakan Fidanın Xarici İşlər naziri təyin edilməsinin ardından boş qalan vəzifəyə İbrahim Kalının gətiriləcəyi iddia edilir.

Kalının təyinatı ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, İbrahim Kalın 2018-ci ildən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər