Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakıda “8-ci kilometr” yaşayış məskənində yerləşən “Vosmoy bazarı”nda bu gün səhər 8.15 radələrində yanğın olub.
Ölkə.az Bizim.Media-ya istinadən xəbər verir ki, yanğın telefon aksesuarları satılan dükanda baş verib.