• 24 Noyabr 2024 03:05

Köhnə avtomobil sahiblərinə 1500 manat ödənəcək? – Açıqlama

 

Xəbər verdiyimiz kimi, yaşı 10 ildən artıq olan avtomobillərin utilizasiyası zamanı nəqliyyat vasitələrinin qiymətləndirilməsi məsələsi müəyyən müzakirələrə səbəb olub.

Məlumatlara görə, bu zaman vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq. Artıq Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği də açıqlanıb.

Mövzu ilə bağlı bakupost.az -a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, açıqlananlar ilkin rəqəmlərdir. Onun sözlərinə görə, sürücülərə avtomobilin saz vəziyyətdə saxlanılması, yaxud utilizasiya üçün təqdim olunması ilə bağlı şərt qoyulacaq:
“Avtomobil parkının yenilənməsi üçün bu addım atılmalıdır. Qəzalar baş verir, ölümlər artır. Bütün bunlarda istismar müddətini başa vurmuş avtomobillərin payı çoxdur”.

Ekspert əlavə edib ki, bu məsələ barədə hələ ki, yekun qərar verilməyib, müzakirələr davam edir:

“Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utiliziasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarəolunmasına öz töhvəsini verəcək”.

Tacxeber.com

Oxşar xəbərlər