• 23 Noyabr 2024 01:01

Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə vətəndaşdan pul tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı (qeyri-rəsmi) Rasim Həsənovun ötən gün məhkəmə prosesi keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Prokuror ittiham aktını elan edib. Elan olunan ittiham aktına görə, Təranə Səmədova özünü təqsirli bilməyib. Rasim Həsənov isə özünü qismən təqsirli bilib.

Məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb.
İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub.

Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmiş, prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər