• 23 Noyabr 2024 08:36

“Atam anamı döyür, bizi ac saxlayırdı” – Şvartseneqqerin həyatı

 

Hollivud ulduzu Arnold Şvartseneqqer atası Qustav Şvartseneqqerə görə yaşadığı çətin uşaqlığından danışıb. Axşam.az xəbər verir ki, o, “Netflix”in “Arnold” adlı üçhissəli sənədli filmində bəhs edib. Aktyor atasının nasist olduğunu, anası Aureliya Jadrnini döydüyünü və uşaqlarına yemək vermədiyini deyib.

Qustav Vermaxtda (Almaniya Silahlı Qüvvələri) zabit olub və müharibə bitdikdən sonra ulduzun anası ilə ailə həyatı qurub. Cütlüyün iki oğlu olub. Aktyorun sözlərinə görə, ailəsi onun zorakılığına məruz qalıb. Həmçinin Qustav övladlarından tələb etdiyi vəzifələri yerinə yetirmədiklərində onlara yemək verməyib.

Arnoldun sözlərinə görə, psixi problemlərdən əziyyət çəkən Qustav onların gözü önündə anasını vurub:

“O, səhər saat üçdə sərxoş halda evə gələrək qışqırırdı və biz oyanırdıq, ürəyimiz döyünürdü, çünki bunun nə demək olduğunu bilirdik. O, hər an anamı vura, ya da özündən çıxa bilərdi”.

Arnold bildirib ki, atasının zorakılığı onun uğuru üçün təkan verən amil olsa da, qardaşının erkən ölümünə səbəb olub. Belə ki, atası Arnoldla qardaşı Meinhardı yarışdıraraq yemək verib. Meinhard sərxoş halda maşın idarə etdiyi üçün 24 yaşında dünyasını dəyişib.

Arnold atasının fiziki və psixoloji işgəncələrindən qaçaraq 1968-ci ildə, 21 yaşında Avstriyadan Amerikaya gedib. Üç il sonra, 1971-ci ildə, o, qardaşının öldüyü xəbərini alıb. Arnold qardaşının atasının sərt rejiminə dözə bilmədiyi üçün içkiyə qurşandığını vurğulayıb:

“Nitsşe haqlı idi: səni öldürməyən şey səni daha da gücləndirəcək. Qardaşım təbiətcə məndən daha zəif biri idi və bunlara dözə bilmədi. Məni bu gün mən edən şey onu məhv edən şey idi”.

Qeyd edək ki, Arnold 1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. Aktyorun Mariadan 4 övladı – Ketrin (32 yaş), Kristina (30 yaş), Patrik (28 yaş) və Kristofer (24) var. Bundan başqa, onun evli olarkən qulluqçusu Petti Baena ilə qeyr-rəsmi münasibətindən dünyaya gələn Cozef Baen adlı övladı var.

Tacxeber.com

Oxşar xəbərlər