Pakistanın keçmiş Baş naziri İmran Xana yeni ittiham irəli sürülüb.
Tacxeber.com xəbər verir ki, bu barədə yerli “Doon” nəşri məlumat yayıb.
İslamabadın Ali Məhkəməsi İmran Xanı vəkil Əbdül Razzak Şarın qətlində əli olmaqda ittiham edib.
Bildirilib ki, Şar Xana qarşı əvvəllər irəli sürülən vətənə xəyanət ittihamına baxılmasında iştirak edib. Vəkil iyunun 6-da Kvetta şəhərində naməlum silahlı şəxslər tərəfindən güllələnib. Səlahiyyətlilər bildiriblər ki, keçmiş Baş nazir vətənə xəyanətdən yayınmaq üçün bu addımı atıb. İmran Xanın lideri olduğu Pakistan Təhriki-İnsaf Partiyası bu iddiaları tamamilə təkzib edib.