Verilən məlumata görə, kimliyi hələ məlum olmayan bir şəxs günorta saatlarında Katip Kasım Məhəlləsində qurulan bazarın ətrafına nəzarətsiz şəkildə bibər qazı səpib.
Bölgədə quşçuluqla məşğul olan Beşir K. və Harun K, müştərilərinin narahat olduqlarını əsas gətirərək bu şəxslə mübahisə edib.
Mübahisədən sonra axşam saatlarında yenidən hadisə yerinə gələn şübhəli Beşir K. və Harun K.-ya atəş açıb. Silahlı qarşıdurma baş verib. Daha sonra şübhəli hadisə yerindən qaçıb.
Qarşıdurmada ağır yaralanan Beşir K. və Harun K. aparıldıqları xəstəxanada həyatını itirib, ətrafda olan 4 nəfər isə yüngül xəsarət alıb.
Polis qruplarının axtarışları nəticəsində şübhəli tutulub.