Bir neçə gün əvvəl gecə saatlarında Nizami rayonu ərazisində vəkil Şəfiqə Nağıyeva yolu keçərkən taksi sürücüsü tərəfindən vurulub. Bədən xəsarətləri alan vəkil bildirib ki, taksi sürücüsündən anasının xəstə olduğunu və tək ailəyə baxdığı üçün şikayətçi olmayıb. Bizim.Media xəbər verir ki, “Ümid ilə gəl” ictimai-sosial verilişinin bugünkü buraxılışının canlı efirinə zəng edən həmin taksi sürücüsü Allahverdi Şəfiqə Nağıyevaya bu addımına görə təşəkkürünü bildirib.
“Allah razı olsun Şəfiqə xanımdan. Minnətdarlığımı bildirirəm ki, o məndən şikayətçi olmadı”, – deyə taksi sürücüsü vurğulayıb.
Sözügedən proqramda ekspert qismində iştirak edən Ş.Nağıyeva isə Allahverdinin bu sözlərinə belə reaksiya verib:
“Hər zaman yolda ehtiyyatlı olun. Sürücünün hər zaman ehtiyatsızlıqdan, hava şəraitindən, qaranlıqdan və sairə qəza törətmək riski var. Sən dedin ki, anam çox ağır xəstədir. Məni Allah saxladı, kəfəni yırtdım, çıxdım. Mənə söylədilər ki, həmin ərazidə bu kimi qəzalar çox olub və heç kim sağ çıxmayıb. Amma sən oradan sağ çıxdın. Allah sənin ailənə və anana kömək olsun”.