• 23 Noyabr 2024 00:30

“O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxarır”

 

“Heç kim bu dünyadan yığdığını apara bilmir. Nə qədər söz-söhbətlər, bir-biri ilə didişmələr olar? Vallah, müğənnilərin adı çıxıb. Adi insanların etdiyini heç müğənnilər etmir. Bütün günü izləyirik də efirləri, izləyə bilməsək də ən azından sosial şəbəkələrdə görürük. Bir-birlərini qırırlar, ailə dəyərləri qalmayıb. Vallah 5 günlük dünyadır. 15 yaşından pul qazanıram, pul problemi yaşamamışam. Həmişə Allahdan özümə, yaxınlarıma can sağlığı arzulamışam. Bir də görürsən ki, pulun var, amma canın ağrıyır. Pul da o canı sağalda bilmir. Can sağlığı olanda pul da qazana bilirsən, ruhun da təzələnir. Allah nə veribsə həmişə şükür etmişəm. Fəhlə ailəsində dünyaya göz açmışam. Atam da, anam da maaşa baxan olublar. Anam da sevinirdi ki, mən 15 yaşımdan pul qazanıram. Mən buğa bürcüyəm, bu şanslı bürcdür”.

Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

“Müğənnilər bir-birlərinin üzünə gülürlər, o tərəfə keçən kimi arxalarınca danışırlar. Necə görünürlərsə elə də olsunlar. O qədər sifətlər görürəm ki. Danışırsan, söhbət edirsən, üzünü o yana çevirən kimi başqa bir şey danışır. Olmaz belə. Bəzən mən də istəyirəm ki, kiminsə arxasınca danışım, görürəm ki, məndə alınmır. İstəyirəm harasa gedəndə gecikim, amma məndə alınmır. Mən sözümdə həmişə düz olmuşam. Bu işləri bilmirəm. Yalançı, fırıldaq ola bilmirəm” deyə müğənni bildirib.

Müğənni toylarından da danışıb.

“Desəm ki, 1 ayın bütün günü toydayam, yalan olar. Olanda olur, olmayanda da yox. Min şükür. Bu gün elə bir vəziyyətdir ki, toyu olan da deyir ki, toyum yoxdur. O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxardır. Xalqın sevgisi varsa biz yaşayırıq. Valideynin sevinci balasının xoş gününü görməkdir. Əgər o toyda mən yada düşürəmsə, mənim üçün bundan gözəl sevincli gün ola bilməz. Elə müğənnilər də var ki, behi alandan sonra bir az baha qiymətə toy düşürsə, həmin toydan imtina edir. Mən heç vaxt bu cür addım atmaram. Onlar bu hərəkəti etməklə həm nifrət qazanırlar, həm də toy yiyəsinin arzusunu ürəyində qoyurlar” deyə müğənni bildirib.

Müğənni plastik əməliyyatlara münasibətini də bildirib.

“Plastik əməliyyatlarla aram yaxşıdır. İnsan özünə baxmalıdır. Nəinki müğənnilər, adi adamlar da plastik əməliyyat etdirir. Gündəmdə olan insanlar mütləq özlərinə baxmalıdırlar. Hamı gözəl görünmək istəyir də. Uğursuz olduğu üçün 3 dəfə burnumu əməliyyat etdirmişəm. Bilmək olmaz, bəlkə yenə də plastik əməliyyat etdirdim?! Görüm həkimimiz nəyi məsləhət görsə, onu da edəcəyəm” deyə müğənni bildirib.

Müğənni ailə həyatı qurmaq istəmədiyini bildirib.

“Ailə qurmaq üçün təkliflər çox gəlir. Bu mövzu mənim üçün bitib. O mövzunun həsrətində deyiləm. İşimlə, sənətimlə çox xoşbəxtəm. Mənə başqa heç nə lazım deyil” deyə Mənzurə Musayeva bildirib.

Tacxeber.com

Oxşar xəbərlər