• 23 Noyabr 2024 04:42

“Xərçəngəm” deyib hər kəsi aldadan idmançı sərvət yığdı – FOTO

 

Tayvanda bir fenomen idmançı xərçəng xəstəsi olduğunu deyərək, 3 il insanların vicdanını istismar edib və özünə sərvət toplayıb.

Tacxeber.com xarici KİV-ə sitinadla xəbər verir ki, MianBaobao kimi tanınan idman fenomeni, üç il əvvəl ona irəlilmiş mədəaltı vəzi xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

O, gündəlik “xərçəng seansları” ilə paralel məşq etdiyi anları izləyiciləri ilə bölüşüb.

Xəstəliyindən dolayı bir çox brendlər sponsor kimi ona maddi dəstək olub, ianə kampaniyaları təşkil edilib.

Keçmiş əri idmançı haqqında danışarkən bu sözləri deyib:

“Hər dəfə müalicəyə gedəndə həkimlə tək görüşmək üçün təkid edirdi. 2021-ci ildə ailə daxilində ümumi müalicə xərcləri 275 dolları keçməyib. Mən son iki ildə ondan heç bir həkim, diaqnostik hesabat və ya xəstəxana qəbzlərini görməmişəm”.

Bəzi istifadəçilər də idmançının paylaşdığı renten müayinəsi fotolarının internetdən götürüldüynü yazıb.

Həkimlər irəliləmiş mədəaltı vəzi xərçəngi olan şəxsin beş il sağ qalma ehtimalının 5-10% olduğunu açıqlayıblar.

Saxtakarlığı üzə çıxan MianBaobao izləyicilərindən üzr istəyib və ailəsi də daxil olmaqla hamıya yalan danışdığını etiraf edib.

O, müqavilə bağladığı şirkətlərə təzminat ödəməyi təklif edib.

Qeyd edək ki, Mianbaobao xərçəng xəstəliyi adı ilə pul yığan ilk şəxs deyil.

Belə ki, bu ilin yanvarında da Madison Russo adlı bir “TikTok” istifadəçisi oxşar yalan danışaraq 37 min dollar toplamışdı. Yalanı üzə çıxan şəxs daha sonra həbs olunub.

Oxşar xəbərlər