• 23 Noyabr 2024 03:08

Vərdiş etmədiyiniz qidalanma zamanı həzm sistemini necə düzəltmək olar?

Ağır yeməklərin yanında ərik suyu

içməyin orqanizmə faydalarından yazacayıq.

verdis-etmediyiniz-qidalanma-zamani-hezm-sistemini-nece-duzeltmek-olar

 

Ərik və ərik suyunun tərkibində  olan vitamin və minerallar həzm sistemini tənzimləyir. 

Tacxeber.com türk mediasına istinadla xəbər verir ki,  alimlərin araşdırmasına görə vərdiş etmədiyiniz qidalanma zamanı 1 stəkan ərik suyu içmək həzm sisteminin tənzimlənməsində böyük rol oynayır.

Qidalanma rasionunun və tərzinin dəyişməsi həzm sistemində problemlərin yaranmasına səbəb olur. Nuh Naci Yazgan Universiteti Sağlamlıq Elmləri Fakültəsi Bəslənmə və Diyetik bölməsinin dekanı  Prof. Dr. Neriman İnanç bu problemin aradan qaldırılması üçün bol maye istehlak etməklə yanaşı, 1 stəkan ərik suyunun içilməsinin faydalarını araşdırıb. Ərik suyunun tərkibində olan sellüloza və pektin bağırsaq hərəkətliliyinin çoxalmasına kömək edir. Öyrəşdiyiniz bəslənmə nizamının pozulması vəziyyətində  ərik və ərik suyu yaranacaq problemlərin öhdəsindən asanlıqla gələ bilir.

Xüsusilə ağır qidalar istehlak etməyin həzm sistemini yüklədiyini  və qəbizlik kimi ciddi problemlərə yol aça biləcəyini ifadə edən Prof. Dr. Neriman İnanç bu problemin aradan qaldırılması üçün bol maye istehlak etməyi tövsiyə edib. Yeməyin yanında 1 stəkan ərik suyu içmək isə ağır qidanın həzm edilməsinə müsbət təsir edir.

Tacxeber.com

Oxşar xəbərlər