• 25 Sentyabr 2024 16:37

“Bahalı hədiyyə olsaydı, müəllim onu götürməzdi” – Valideynlərdən müraciət

 

Xırdalan şəhərinin daha bir məktəbində valideynlərin müəllimə hədiyyə verməsi ilə bağlı video yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin 9 saylı məktəbində 1-ci sinif şagirdlərinin müəllimlərinə “Əlifba bayramı”nda qolbaq hədiyyə etməsi əks olunub.

Bununla bağlı həmin şagirdlərin valideynləri “Qafqazinfo”ya müraciət ediblər.

Onlar görüntülərdən narahat olduqlarını, hədiyyəni öz istəkləri ilə aldıqlarını bildiriblər: “İşin belə alınmasına çox təəssüf edirik. Müəllim olduqca mədəni bir xanımdır. Uşaqların 1-ci sinfi bitirməsi ilə əlaqədar valideynlər olaraq yığışıb “Əlifba bayramı” tədbirini təşkil etdik. 30-35 manatlıq da gümüş qolbaq aldıq. Zatən bahalı hədiyyə olsaydı, müəllim onu götürməzdi. Bu tədbirdən görüntülərini sosial şəbəkələrdə yayaraq söhbəti çox şişirdiblər. Müəllim heç bu tədbiri keçirmək istəmirdi. Onu belə duruma saldığımız üçün üzr istəyirik”.

Sözügedən videonu təqdim edirik:

 

 

Oxşar xəbərlər