• 25 Sentyabr 2024 14:27

Badımcanın bilmədiyiniz 5 FAYDASI

 

Badımcanın vətəni Hindistandır. Maraqlıdır ki, botanika elmində badımcan tərəvəz deyil, giləmeyvə sayılır.

Lakin bununla badımcanın sirləri bitmir. Tacxeber.com sizə badımcanın az bilinən faydalarını təqdim edir.

1. Badımcan tütünün yaxın “qohumu”dur və onun tərkibində mikrodozalarda olsa da nikotin var. Bu səbədən siqaretdən imtina etmək istəyən insanlar badımcanı daha çox istehlak etməlidir. Tərəvəz onların vəziyyətini yaxşılaşdırır, pis vərdişdən azad olmaq prosesini daha asan edir.

2. Lliflərlə zəgin olan badımcan bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir, arıqlamağa kömək edir.

3. Liflər həmçinin orqanizmi ziyanlı maddələrdən təmizləyir, xolesterinin səviyyəsini aşağı salır.

4. Badımcan qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

5. Badımcan ürək və damarların sağlamlığını qoruyur, təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ateroskleroz və işemiya xəstəliyinin qarşısını alır. Məhz buna görə badımcanı “uzunömürlülərin tərəvəzi” adlandırırlar.

Tacxeber.com

Oxşar xəbərlər