• 27 Sentyabr 2024 08:12

Nazirlə məşhur səhifənin dialoqu “bomba effekti” yaratdı – FOTO

Elm və təhsil naziri Emin Əmrullayev ötən gün “Neftçi” komandasının qalibiyyəti ilə bağlı paylaşım edib.Tacxeber.com xəbər verir ki, nazir paylaşımında “Neftçi”yə zəfər yaraşır! Şuşaya zəfər yaraşır! Azərbaycana zəfər yaraşır! Doğma “Neftçi”ni əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!” sözlərini yazıb.Azərbaycan dilində sözlərin düzgün yazılış formasını, yazı qaydalarını paylaşmaqla məşhurlaşan “Grammer Azi” səhifəsi nazirin paylaşımında “Neftçi” adının dırnaqda yazılmamasına irad tutub.Səhifənin nazirə yazdığı rəydən sonra E.Əmrullayev səhvini düzəldib.Nazir cavabında “Bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü” sözlərini yazıb.Maraqlı dialoq sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.“Grammer Azi”nin yazdığı şərh 319, nazirin cavabı isə 1000 nəfərdən çox bəyənmə toplayıb.Qeyd edək ki, “Neftçi” basketbol klubu finalda Niderland millisinə 20:12 hesabı ilə məğlub edərək qalib gəlib.

Oxşar xəbərlər