• 28 Noyabr 2024 22:40

Hulusi Akar və Soyluya yeni vəzifə verildi

 

Türkiyədə AKP-dən millət vəkili seçilən keçmiş nazirlərə parlamentdə vəzifə verilib. 

Tacxeber.com xəbər verir ki, sabiq daxili işlər naziri Süleyman Soylu, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Ətraf Mühit Komissiyasına, həmçinin keçmiş sənaye və texnologiya naziri Mustafa Varank Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasına sədr seçilib.

Sabiq Milli Müdafiə Naziri Hulusi Akar isə Milli Müdafiə Komissiyasının sədri postuna layiq görülüb.

Tacxeber.com

Oxşar xəbərlər