• 25 Noyabr 2024 03:26

“Bacılarım məyus olur, həyat yoldaşım əsəbiləşir”

 

“Musiqi biliyim qədər həyatda şansım olmayıb. Balaca səslə özlərinə “ulduz” dedizdirənlərdə şans olub. Səs, nəfəs yoxdur, oxuduqları mahnılar 2 notdan ibarətdir. Özlərinə ulduz dedizdirirlər, bu, şansdır. Heç vaxt şanslı olmamışam. Ancaq sənətimin gücünə ayaqüstə dayanmışam. Ən çox mənim ayağımın altı qazılıb, mənə şər-böhtan atılıb. Hər şeyin ən çoxunu mən görmüşəm”. Bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəbər-ətər” proqramında deyib. Müğənni şansızlıqdan şikayətlənib:

“Musiqiçiyəm, bu sənətə kənardan gəlməmişəm. Sonradan gəlib fikirləşməmişəm ki, bir mahnı oxuyub, musiqiçi olum. Mən belə doğulmuşam. Sənəti, musiqini bilirəm. Bunlar mənə yox, bacılarıma təsir edir. Bacılarım məyus olur, həyat yoldaşım əsəbiləşir. Mənim üçün bütün bunlar çox aşağıdadır. Harasa mən getməliyəm, yerimə başqasını aparıblar, çünki adamı olub. Yarışmalar, konkurslarda kənarda qalmışam. Düşünülən qədər şanslı olmamışam. Başqası üçün sıradan olan nələrsə mənə irad bilinib. Başqasının günahı mənim üstümə atılıb”.

 Tacxeber.com

Oxşar xəbərlər