Qadın pensiyaçılara MÜJDƏ – VİDEO
Qadınların pensiyasina xüsusi əmsallarin tətbiqi təklif olunub.
Tacxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur.
Deputat Vüqar Bayramov təklif edir ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və nəticə etibarı ilə qadınların daha çox pensiya almasına imkan yaradacaq.
Vüqar Bayramov əlavə edib ki, bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərq aradan qaldırılsın.