• 24 Noyabr 2024 21:42

Zeytunun sağlamlıq üçün faydaları

Zeytunun sağlamlıq üçün faydaları 

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə dadlı yağ verir. Zeytunun faydaları nələrdir? Zeytunla yağlı zeytunun fərqi nədir?

Əslində zeytunla yağlı zeytun eyni meyvədir, sadəcə dərilmə vaxtı fərqlidir.

Uzunömürlü olan bir zeytun ağacından 15-50 kq-a qədər məhsul əldə etmək olar. 1 litr zeytun yağı isə 5 kilo zeytundan alınır.

Çiy zeytunun dadı acıdır, buna görə də onları müxtəlif üsullarla marinadlaşdırırlar və sonradan süfrəyə təqdi edirlər. Yağ əldə etmək və zeytun şorabası qoymaq sadə iş deyil, uzunmüddətli və əziyyətli işdir. Bu səbəbdən də bu məhsulların qiyməti o qədər də ucuz deyil.

Zeytun yağından istifadə etmək qanı təmizləyir, immuniteti artırır, damarlar və ürək daha möhkəm və dözümlü olur. Zeytun yağı həzmə və dərinin vəziyyətinə də müsbət təsir edir.

Zeytun ağacının meyvələri də çox faydalıdır. Onun tərkibi vitamin və minerallarla zəngindir: zülallar, C, E və B vitaminləri, pektin, fosfor, kalimum və dəmir var. Yadda saxlamaq lazımdır ki, konservləşdirilmiş və duza qoyulmuş zeytunu çox qəbul etmək olmaz.

Pektinlər orqanizmə toksinlərdən azad olmağa kömək edir. Bu səbəbdən ekoloji cəhətdən təmiz olmayan bütün regionlarda yaşayan insanlara faydalıdır. Zülalın faydası barədə çox yazılıb, bu, əzələ üçün çox faydalıdır.

Zeytunun tərkibində olan vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, eyni zamanda sağlam gümrahlıq verir, enerji əlavə edir. Zeytunun tərkibində olan C və E vitaminləri antioksidant sayılır,  onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə edilir.

Zeytunun tərkibində olan minerallar isə ürək və damarlara tonusda olmağa kömək edir, eyni zamanda qanın tərkibində hemoqlabinin miqdarını artırır.

Tacxeber.com

Oxşar xəbərlər