• 25 Noyabr 2024 02:29

Günə 8 çörək yeyirəm dedi, tənqid edildi

 

Teleaparıcı Xoşqədəm Baxşəliyeva heç bir pəhriz saxlamadığını, qida rasionunu tik-tok izləyiciləri ilə bölüşüb. Aparıcı canlı yayım açaraq izləyicilərinin suallarını cavablayıb.

“Vallah, yalan demirəm. Əvvəl yemirdim, yeni başlamışam yeməyə. Günə 8 çörək, yarım kilo Gəncə qaymağı, 300 qram tort yeyirəm. 4 stəkan da şirin çay içirəm. Çörəklər isti olmalıdır. Yediyim yeməklər də yağlı olmalıdır. Məsələn, o gün piti yedim. Amma bu qədər yeməklə də gündə 24 kilometr də yol qət edirəm. Ona görə yediklərim görünmür” deyə o bildirib.

İzləyiciləri isə bunun bir zarafat olduğunu, onları ələ saldığını yazıblar.

Tacxeber.com

Oxşar xəbərlər