Kanada Sahil Mühafizəsinin gəmisi və təyyarəsi batiskayla “Titanik”in qalıqlarına baxmağa gedərkən əlaqənin kəsildiyi “American OceanGate Expeditions” sualtı gəmisinin axtarışlarına qoşulub.
Tacxəbər APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Toronto Star” nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, axtarış əməliyyatına ABŞ Sahil Mühafizəsi rəhbərlik edir, çünki Atlantik okeanının bu ərazisi ABŞ-ın yurisdiksiyasındadır.
Amerikalılar daha sonra Kanada tərəfdən kömək istəyiblər, bundan sonra xilasedici təyyarə və Kopit Hopson 1752 gəmisi axtarış bölgəsinə göndərilib.