• 25 Noyabr 2024 18:36

Azərbaycanın yeni paytaxtı: Şuşa, yoxsa Ağdam?

 

“Şuşa yeni dövr müasir infrastrukturlu paytaxt üçün çox kiçikdir və eyni zamanda qoruqdur”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli yeni paytaxt statuslu şəhərin yaradılmasından danışarkən deyib.

Onun sözlərinə görə, paytaxtın digər şəhərlərdə, məsələn, Gəncə və Qəbələdə qurulması daha çox vəsait tələb edəcək: “Düşünürəm ki, bunun üçün Ağdam şəhərinin seçilməsi daha məqsədəuyğundur. Çünki coğrafi mövqe, Qarabağ iqtisadi zonasının mərkəzində yerləşməsi, əlverişli infrastruktur yollarının kəsişməsində, sahəsini böyük, gələcəkdə daha da genişlənmək imkanının, digər bölgələrimizə yaxın və onların da inkişafına təsir edəcək coğrafi mövqeyinin olması mənə belə fikir söyləməyə əsas verir. Digər tərəfdən, biz ora böyük investisiya qoyub, yeni infrastruktur quraraq “Ağıılı şəhər” və “Ağlllı binalar” yarda bilərik. Yəni, burda “bir güllə ilə iki dovşan vurmaq” ola. Çünki biz oranı yenidən tikəcəyik”.

Eyyub Kərimli qeyd edib ki, əgər həqiqətən paytaxtı köçürmək haqqında düşünürüksə, bu xərclərin ən optimal formada istifadəsidir.

Tacxeber.com

Oxşar xəbərlər