• 25 Noyabr 2024 22:47

“Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb”

“Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb”

 

Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb”. 

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Ukrayna ordusunun cəbhədə yavaş irəliləməsinin əsas səbəblərindən biri budur: “Biz ən uyğun bildiyimiz formada irəliləyəcəyik”.

V.Zelenski həmçinin qeyd edib ki, NATO-nun təhlükəsizlik zəmanəti rəsmi Kiyev üçün vacibdir: “Amma Alyansa üzvlük bizim üçün son məqsəddir”.

Dövlət başçısının sözlərinə görə, qələbə Ukrayna üçün zəruridir: “İşğalçılıq siyasəti davam edərsə, Rusiyada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, biz danışıqlar masasına oturmayacağıq. Biz müharibənin dondurulmasına razı olmayacağıq”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər