• 25 Noyabr 2024 01:18

“Rusiyanın və şəxsən Putinin nüfuzu iflasa uğrayıb” – “The Wall Street Journal”

 

“Bu, onların gözləmədiyi müharibəyə çevrilib…”

“Çin Putinin Ukraynada uğursuzluqlarından Tayvanla bağlı niyyətləri üçün nəticələr çıxarıb…”

Rusiya ordusunun zəifliyi ucbatından Rusiyanın hərbi imici və nüfuzu Çinin gözlərində iflasa uğrayıb.

Tacxeber moderator.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun istefada olan polkovniki, hazırda Pekindəki Sinxua Universiretinin baş elmi əməkdaşı Çjou Bo “The Wall Street Journal” qəzetinə müsahibəsində bəyan edib.

Nəşr qeyd edib ki, Kiyevdə “blitskriq” qələbə əməliyyatının əvəzinə Rusiyanın 7-cu ordusu geri çəkilməyə məcbur olub, indi isə, tammiqyaslı müharibənin ikinci mərhələsinin nəticələrinə görə, Rusiya Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə Xerson vilayətini təslim edib, artıq regionun mərkəzi Xerson itirilib.

Qərb ekspertlərinin dəyərləndirməsinə görə, Rusiyanın “canlı” qüvvə itkiləri 200 min nəfəri ötüb. Rusiya o cümlədən 100 min əsgərini təkcə son ilyarım ərzində döyüş əməliyyatlarının gedişində itirib, qəzet yazır.

Çjounun fikrincə, Rusiyanın bu müharibə ilə bağlı planları gerçəkliklə üst-üstə düşmür: “Bu, onların gözləmədiyi müharibəyə çevrilib”

O, qeyd edib ki, Putin “mürəkkəb” vəziyyətə düşüb, çünki Ukraynada məğlub olacağı təqdirdə ona rusiyalı əsgərlərin ağlasığmaz sayda ölümlərini izah etmək lazım gələcəkdir.

“Prezident Putin bu müharibəni uduzmağı özünə rəva bilməz. O, bütün bunlara nə iləsə haqq qazandırmalıdır”, – Çjou qeyd edib.

Eyni zamanda, o, müharibənin uzanacağı təqdirdə Qərbin bundan sonra da Ukraynaya silahla dəstək göstərəcəyinə şübhə ilə yanaşıb.

Qəzetin mənbələri deyib ki, hazırda Çinin hərbi ekspertləri Ukraynada vəziyyəti diqqətlə izləyir, Moskvanın təcrübəsindən ÇXR lideri Si Tszinpin Tayvanın ilhaqı ilə bağlı ambisiyalarının həyata keçirilməsi üçün istifadə etməsinə bel bağlayır.

Pekinin artıq mənimsədiyi başlıca dərslərdən biri bundan ibarətdir ki, Putin “Ukraynaya hərbi müdaxilə etmək üçün az qüvvələrdən istifadə edib”. Rusiya lideri Kiyevin dərhal təslim olacağına bel bağlayıb, əvəzində sərt müqavimətlə üzləşib.

Jurnalistlər qeyd edir ki, Tayvana hücum edəcəyi təqdirdə Çin bu faktı nəzərə alacaq və böyük miqyaslı qüvvələr işlətməklə şokedici zərbə endirəcək. Bu zaman istisna edilmir ki, Pekin həmçinin nüvə təhdidlərinə də əl atacaq, nəşrin mənbələri deyib.

Öz tərəfindən Çjou təsdiq edib ki, taktiki səviyyədə Çin Putinin Ukraynada uğursuzluqlarından aşağıdakı nəticələri çıxarıb:

– ÇXR Xalq Azadlıq Ordusu hətta Pekinin Rusiyaya nisbətən bu növ silahdan daha çox miqdarda malik olmasına rəğmən, böyük sayda raket və dronlar ehtiyatı yaratmalıdır;

 – Rusiya ordusunun Ukraynada hərbi əməliyyatları müharibədə kommunikasiyaların inkişafı və təhlükəsizliyinin nə qədər vacib olduğunu göstərib. Çin Xalq Azadlıq Ordusu anlayır ki, Çin bu məsələni dərindən öyrənməlidir.

Tacxeber.com

Oxşar xəbərlər