• 25 Noyabr 2024 16:45

Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət etdi

 

Günvurma Günəş şüalarının beyinə təsiri nəticəsində yaranır.

Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, ilkin əlamətlər tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və s. kimi hallarla müşahidə edilir:

“Həkimə vaxtında müraciət edilməsə, tənəffüs, ürək çatışmazlığı kimi əlamətlər özünü kəskin şəkildə göstərə bilər”.

Həkim bildirib ki, günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və s. kimi faktorlardan da asılı olur.

“Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür”, – deyə həkim qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər