• 11 Dekabr 2024 01:23

Tayvanda bağçada uşaqlara narkotik tərkibli sirop verdilər

 

Tayvanın Yeni Taypey şəhərində bağçanın müəllimləri uşaqlara tərkibində narkotik maddələr olan öskürək siropu veriblər. 

Tacxeber.com “Haberler.com”a istinadla xəbər verir ki, fenobarbital və benzodiazepin kimi maddələr olan öskürək siroplarından istifadə etməklə uşaqları sakitləşdirməyə çalışıblar.

Valideynlərin artan narahatlığına görə, Taypey Şəhər Xəstəxanası məktəbəqədər uşaqlarda sakitləşdirici dərmanların izini yoxlamaq üçün pulsuz qan testləri təklif edib.

Uşaqlara sirop yazan həkimlərə pul cəriməsi tətbiq edilib və 6 ay müddətinə peşəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, tərkibində fenobarbital olan dərmanlar tez-tez epilepsiyanın müalicəsində və ya cərrahi anesteziyada istifadə olunur.

Benzodiazepinlər əsasən şiddətli narahatlığı müalicə etmək üçün istifadə edilən depressant dərmanlar sinfinə aiddir. Bu dərmanlar yüksək dərəcədə asılılıq yaradır və həddindən artıq dozada istifadə edildikdə yuxululuq və nəfəs darlığına səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər