Biz xarici ölkə vətəndaşlarının Azərbaycana müalicəyə gəlməsinə çalışmalıyıq”.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azərbaycanlı həkimlərin dünyada tanınması daha yaxşı hal olardı:
“Biz istəyirik ki, azərbaycanlılar tibb ixtisası üzrə təhsil almaq üçün başqa ölkələrə getməsinlər. Eyni zamanda Azərbaycan vətəndaşları xaricə müalicəyə üz tutmasınlar, əksinə əcnəbilər ölkəmizə müalicəyə gəlsinlər”.