• 26 Dekabr 2024 14:28

Ana və 8 aylıq qızının qətlinin TƏFƏRRÜATI

 

Qadın və körpəsi qətlə yetirilib. Dünən Hökməli qəsəbəsində baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Qurumdan bildirilib ki, 1993-cü il təvəllüdlü Fərid Hüseynlinin hadisəni törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Hökməli qəsəbə İcra nümayəndəsinin müavini Güləhməd Xəlilovun sözlərinə görə əslən Masallı rayonundan olan Fərid Hüseynli Bakıda zərgərliklə məşğul imiş.

İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib.

“O, xəstəxanaya çatdırılıb”.

Xəstəxanadan verilən məlumata görə Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir./Xezerxeber

Tacxeber.com

Oxşar xəbərlər