• 27 İyul 2024 03:26

“Dəyər görmədiyin yeri tərk et” – “7 canlı”dan gedən Vüsalə

 

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir müddətdir ATV-dəki verilişindən uzaqlaşıb. Axşam.az-ın məlumatına görə, aparıcı ötən gün instaqramında etdiyi paylaşımla diqqət çəkib.

Belə ki, Vüsalə paylaşımına “Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et…” sözlərini yazıb.

İzləyiciləri isə onun bu sözləri ATV kanalının rəhbərliyinə ünvanladığını yazıb. Vüsalə sosial şəbəkə istifadəçilərinin “7 canlı”ya çıxmaması haqda suallarını cavabsız qoyub.

ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a açıqlamasında “Vüsalə Əlizadənin səhhəti ilə bağlı “7 Canlı”nı bir müddət İlhamə Bədəlova aparacaq. Hər şey qaydasındadır” sözlərini söyləyib.

Qeyd edək ki, “7 Canlı” verilişini bir müddətdir İlhamə Bədəlova aparır.

Tacxeber.com

Oxşar xəbərlər