• 02 Mart 2024 20:35

“Ofeliya Aslan dedi ki, arzum oğlumun məndən tez ölməsidir” – VİDEO

 

Aparıcı və ekstrasenst İlham Mirzəyev mərhum aktrisa Ofeliya Aslanla bağlı qalmaqallı açıqlama verib.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bununla bağlı o, qonaq olduğu “Gül kimi şou” verilişində danışıb.

İ. Mirzəyev bildirib ki, aktrisa ilə müsahibə edərkən O.Aslan özündən tez oğlu Çingizin dünyadan köçməsini arzulayıb:

“Ofeliya Aslanla bu studiyada müsahibə etdim. Amma onun danışdıqlarının çox hissəsini efirə vermədim. O müsahibə hələ də şəxsi arxivimdədir. Ofeliya xanıma “Ən böyük arzunuz nədir” sualını verdim. Aktrisa isə cavabında “Heç bir ana istəməz ki, balası ölsün. Amma mən istəyirəm ki, oğlum Çingiz məndən tez ölsün. Çünki o öləndə, morqda qalacaq və onu heç kim dəfn etməyəcək.

Çingiz dünyasını dəyişəndə mən Türkiyədə idim. Ofeliyanın o sözləri yadıma düşdü… İndi həmin arxivi üzə çıxara bilərəm. Ofeliyaya söylədim ki, axı niyə görə övladınızın özünüzdən tez vəfat etməsini istəyirsiniz?

Cavab verdi ki, heç olmasa Çingiz öləndə onun cənazəsi üstündə “Bala” deyib, ağlayım. Onu özüm dəfn etmək istəyirəm. Çünki o mənsiz avara, küçələrdə yiyəsiz qalacaq. Bu, Ofeliya ananın son arzusu idi”.

Qeyd edək ki, Xalq artisti Siyavuş Aslanla Ofeliya Aslanın oğlu Çingiz bu ilin aprelin 6-sında Yasamal qəbiristanlığında anasının yanında dəfn olunub.

 Tacxeber.com

Oxşar xəbərlər