• 06 İyun 2025 21:29

Söyüdlüdəki araşdırmanın nəticəsi məlum oldu

 Söyüdlüdəki araşdırmanın nəticəsi məlum oldu
Paylaş

 

“Gədəbəy rayonunun Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb. Havanın keyfiyyəti öyrənilib. Orada hər hansı bir qorxulu amillər yoxdur”.

“Report”un xəbərinə görə, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, havada texniki qazların parametrləri norma çərçivəsindədir:
“Sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Torpaq və su ilə bağlı da nümunələr xüsusi laboratoriyada analiz ediləcək. Nəticəni sizinlə bölüşəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər