• 27 İyul 2024 07:02

Natiq Cəfərli: “Sıxdıqları “boltları” bir gün “sorvat” edəcəklər”

 

“Dolayıblar camaatı, belə də baxanda yaxşı edirlər, bizə bu da azdır, amma bir məsələni anlamırlar ki, absurd qərarlarla dövlətin adına xələl gətirirlər, heç olmasa oturduqları və çörək ağacları olan kreslolarına, vəzifələrinin adına hörmət etsinlər. Dünyada karantin ləğv edilib, ÜST protokolları qüvvədən düşüb, virusla bağlı, hətta qaranlıq məqamların araşdırıldığı dövr başlayıb, dünyada minlərlə məhkəmə işləri var, bizim məmurlar isə virusu bəhanə edib ölkəni nüfuzdan salırlar. Əgər virus bəhanədirsə, əsas məsələ təhlükəsizlikdirsə, bu lap böyük rüsvayçılıqdır, belə çıxır ki, Azərbaycan dövləti öz təhlükəsizlik konsepsiyasını quru sərhədlərin bağlı olması üzərinə inşa edib”.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Heç yaxşı görüntü deyil, qonşularımızın sərhəddi açıqdır, bəyəm bizdən güclü dövlətlərdirlər ki, öz təhlükəsizliklərini açıq sərhədlə təmin edə bilirlər, biz isə yox?! Axı heç nə olmasa da Azərbaycanda güclü hüquq-mühafizə, total nəzarət sistemi yaradıblar, o zaman bu nə isrardır, bu nə yanaşmadır?! Bu israrın acı nəticələri olacaq, insanı-vətəndaşı bu qədər aşağılamaq olmaz! Belə sistemlə sıxdıqları bütün “boltları” bir gün “sorvat” edəcəklər…”, – N.Cəfərli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər