• 03 Mart 2024 20:49

Oğlunun həbs xəbərini eşidən əsir anası yıxılıb ağır xəsarət aldı

 

“Oğluma 20 il həbs verilməsini eşidəndə özümdən gedib yerə yıxıldım. Bir anda dünya başıma fırlandı, şoka düşdüm”.

Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

“Hüseynə 20 il iş verildiyini televizordan eşitdim. O xəbəri eşidən kimi, həyətə çıxdım. Bir anda yerə yıxıldım. Dizlərimin ağırısından oturub-dura bilmirəm, gəzə bilmirəm. Ayaqlarım qan içində idi. İndi də xəbərlərə baxıram. Gözüm oğlumu axtarır, onu görmək, səsini eşitmək istəyirəm. Gecə-gündüz dua edirəm ki, Hüseyn əsirlikdən azad olunsun. O evə qayıtmayana qədər mən yaşaya bilmərəm”, – əsir anası bildirib.

Şəlalə Axundova yenidən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladığını söyləyib.

“Həbsdə bağlı mənə heç nə demədilər. Xəbərlərə baxanda bildim. Televizorun qarşısında oturub gözləyirdim. Birdən Hüseynin adını eşitdim. 20 il həbs deyiləndə dəli oldum. Bu nə işdir bizim başımıza gəlib. Qırmzı Xaç Komitəsi ilə danışmışam, onlarda da hələ heç bir xəbər yoxdur. İyulun 13-də onlara baş çəkəcəklər. İnşallah övladım həmin vaxta kimi azad olunar. Bizim yazdığımız məktubun gələn ay görüşdə onlara veriləcəyini dedilər. Ümidimizi itirməmişik. İnanıram ki, dövlətimiz Hüseynlə Aqşini erməni əsirliyindən azad edəcək”, –  Şəlalə Axundova əlavə edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. İyunun 21-də isə qondarma qətl işində ittiham olunan Hüseyn Axundova 20 il həbs həbs cəzası kəsilib.

Tacxeber.com

Oxşar xəbərlər