• 27 İyul 2024 06:50

Psixoloq: “Boşandığım üçün şükür edirəm, özümü sevirəm, özümdən razıyam, məndən yoxdur…”

 

“Özünə sevgi, özünə dəyər nə deməkdir? Hazırda respublikada nə qədər insan yeni sıxılmış tut şirəsi ilə səhərini açır, bilmirəm. Milyonçu olsun, ya kim olur-olsun… Yaxud qara kişmişlə, amma elə-belə qara kişmiş yox, – yuyulmuş, xüsusi salfetlərlə qurudulmuş… Çünki mənim əməkdaşım bilir ki, mən nəyisə nəm yeməyi sevmirəm. Şorun özü də masama elə-belə gəlmir. 30-40 dəqiqə əvvəl soyuducudan çıxarılır, çünki mən nəyisə soyuq yeyə bilmirəm. Bütün həyatımı mühəndis kimi ən yaxşı, rahat şəkildə strukturlaşdırmışam. Sırf buna görə bu günə qədər Allahıma boşandığım üçün çox böyük şükür edirəm. Çünki boşanmaqla həyatımdakı bütün boşluqları, özümə yetərincə hörmətimin, dəyərin, sevgimin olmadığını gördüm. Bu gün elə bir həyat tərzi seçib formalaşdırmışam ki, bunun üçün yatırımlar edirəm. Respublikada heç bir milyoçunun yaşamadığı komfortu, yaşaya bilmədiyi kefi yaşayıram. İstər qadın mövzularında, istər başqa mövzularda hamısı dörddə-dörd yox, onda-ondur. Dediyim kimi, hələ ciddi işə başlamamışam. Ciddiyə başlayanda nəticələr bu günün iyirmi-otuz qatı olacaq…”

Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.

““Relaks” şəkildə işləyirəm – günə bir konsultasiya, uzağı iki… Bunları nəyin sayəsində etmişəm? Hər biri mənim zəngin, milyonçu düşüncəyə, ruha, davranışa sahib olmağımın nəticəsidir. Mənim hesabımda milyonlar yoxdur, mənfi böyük rəqəmlər var. Amma bunlar mənə maneə olmur, çünki istəsəm, bunları iki-üç biznes treninqlə həll edərəm. Məsələ düşüncənin, ürəyin olmasıdır. Hər şeyi bunlar həll edir. Buna görə də bu gün elə bir həyat yaşayıram, çox insan başa düşmür ki, mən bu həyatı necə yaşaya bilirəm? Özünü sevmək, özünə hörmət etmək, dəyər vermək budur. Açıq-aşkar bəyan edirəm ki, özümü çox sevirəm, bəyənirəm, özümdən çox razıyam, Allah da məndən razı olsun. Məndən yoxdur…”, – psixoloq deyib.

Tacxeber.com

Oxşar xəbərlər