“Vaqner”in hərbçiləri axşama qədər Moskvada olmalıdırlar.
Bu barədə iş adamı Yevgeni Priqojin bildirib.Bildirilir ki, “Vaqner”çilər artıq Tula vilayətinə daxil olub: “Oradan Moskvaya təxminən 186 km-dir”.
Eyni zamanda, Moskva küçələrində hərbi texnikanın hərəkəti müşahidə olunur, istehkamlar aparılır, atəş nöqtələri yaradılır. Paytaxtda polis pulemyot, dəbilqə və zirehlərlə silahlanıb.
Lipetsk vilayətinin bir çox hərbi hissələri Priqojinin muzdlularının tərəfinə keçərək Moskvaya doğru hərəkət edir. Bildirilir ki, “Vaqner”çilər sıralarını doldurmaq üçün Rostov həbsxanalarından məhbusları kütləvi şəkildə azad edirlər. (Unikal)