• 27 İyul 2024 06:53

Kadırov ordusunu “Vaqner”çilərə qarşı vuruşmağa yolladı

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Rostovdakı vəziyyətlə bağlı danışıb.

Tacxeber.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, o, Rusiya Prezidentinin hər bir sözünü tam dəstəklədiyini bildirib.

R.Kadırov Rusiya Müdafiə Nazirliyi və Çeçenistan Respublikası Milli Qvardiyasının döyüşçülərinin gərginlik zonalarına getdiyini açıqlayıb.

“Biz Rusiyanın birliyini və dövlətçiliyini qorumaq üçün hər şeyi edəcəyik!”, – Kadırov teleqram kanalında bildirib.
Kadırov həmçinin döyüşçüləri təxribatlara yol verməməyə çağırıb.

“Sizə hansı məqsədlər qoyulsa da, nə vədlər verilsə də, belə bir məqamda dövlətin təhlükəsizliyi və Rusiya cəmiyyətinin birliyi hər şeydən üstündür”.
Çeçen lider üsyanı yatırmaq üçün sərt tədbirlər görməyə hazır olduğunu bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər