• 27 İyul 2024 04:48

Rusiya MN “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb

 

Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.

APA  xəbər verir ki, MN müraciətində vaqnerçiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib.

Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – deyə müraciətdə bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər