Yeni araşdırma xəbərdarlıq edir ki, 2050-ci ilə qədər dünyada diabet xəstələrinin sayı iki dəfə artacaq və bir milyarddan çox olacaq.
Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun alimlərinin tədqiqatı müəyyən edib ki, Afrika və Yaxın Şərq kimi regionlar xüsusilə bu xəstəlikdən təsirlənəcək.
Həmçinin, dünyanın bir çox ölkəsində diabet hallarının əhəmiyyətli dərəcədə artması müşahidə olunacaq. Buna əsas səbəb kimi piylənmə göstərilir.
Tədqiqat böyüyən diabet epidemiyasının qarşısının alınması və idarə olunması üçün səhiyyə xidmətlərinə çıxışın və ətraf mühitin dəyişməsinə olan ehtiyacı vurğulayır.
Xatırladaq ki, yüksək qan şəkəri ilə xarakterizə olunan diabet düzgün müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər.