• 27 İyul 2024 06:52

Meyxanaçı Baləli söyüşlü meyxana qalmaqalına aydınlıq gətirdi

 

Meyxanaçı Balaəli Maştağalı “Ortağımız Bəşirdir” adlanan meyxanada yer alan söyüşlərə aydınlıq gətirib.

Meyxanaçı Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məclisdə söyüş söyülməyib və heç kəs təhqir olunmayıb:

“Kim istəsə, videoya baxa bilər, biz meyxana demişik, deyib-gülmüşük, söyüş olmayıb. Baxış sayı çox olsun deyə meyxananın ortasında düd- düd-düd verirlər ki, guya söyüş söyülüb. Həmin meyxana “YouTube”da yerləşdirilib. Məclisdə uşaqlar da var, onların yanında biz söyüş söymərik, deyilənlər yalndır”.

Qeyd edək ki, meyxanaçılar Rüfət Nasosnu ilə Balaəli Maştağalının məclislərdən birində meyxana deyərkən çəkilən görüntüsü müzakirələrə səbəb olub. “Ortağımız Bəşirdir” adlanan meyxanada meyxanaçıların söyüş söydüyü deyilir.

Tacxeber.com

Oxşar xəbərlər