• 27 İyul 2024 07:14

“Oğullarıma elə ev quracağam ki, gəlinlərə nəzarət edim”

 

“Doğuşa demişəm, mənə elə bir ev etməlisən ki, bütün oğullarımla eyni yerdə olum: orada bir, bu tərəfdə başqa bir ev olmalıdır. Mənim də evim mərkəzdə. Amma həyət evi olmalıdır, binada yaşaya bilmərəm”.

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan” verilişində deyib. Türkiyəli müğənni Doğuşla ailəli olan Xoşqədəm 3 oğlu ilə eyni məhlədə yaşayacağını söyləyib:

“Üç oğlumla da eyni həyətdə yaşamalıyam. Baxım o gəlinə, bu gəlinə və idarə edim. İdarə etməliyəm, yoxsa olmaz. Əvvəl belə düşünmürdüm, “Səni axtarıram”dan sonra bu cür olmuşam. Gərək ya verilişi beynimdən çıxardım, psixoloq yanına gedim. Ya da gəlinlər və oğullar nəzarətimdə olsunlar”.

Qayınanalar qoyur ki, gəlin yaşasın? Elə özümdən götürüm: deyirəm, evim mərkəzdə olsun, səhər, axşam baxım gəlinlərə. Analıq hissidir, oğlu bölüşə bilmirik”.

Tacxeber.com

Oxşar xəbərlər